Hər iki oyun canlı yayımda
	 
	Bu gün ölkə kubokunda yarımfinal mərhələsinin ilk oyunları keçiriləcək.
	
	Sportal.az xəbər verir ki, günün ilk matçında çempionatın lideri "Qarabağ" "Simurq"u qəbul edəcək. Saat 18:00-da başlayacaq qarşılaşma hər iki klubun rəsmi saytı vasitəsi ilə canlı yayımlanacaq. 
	 
	Saat 19:00-da isə "Neftçi" doğma meydanda "İnter"i qəbul edəcək. Bu qarşılaşma da "İdman Azərbaycan" telekanalı vasitəsi ilə azarkeşlərə canlı olaraq çatdırılacaq.
	 
	13 aprel
	 
	18:00. "Qarabağ" - "Simurq" - "Qarabağ TV" və "Simurq TV"
	19:00. "Neftçi" - "İnter" - İdman Azərbaycan
                      
saytlarin hazirlanmasi