Finalçılar məlum oldu
	 
	Azərbaycan Kuboku uğrunda yarışda yarımfinal mərhələsinə yekun vurulub. 
	 
	Sportal.az xəbər verir ki, bu gün keçirilən oyunlardan sonra finalçılar müəyyənləşib.
	 
	İlk oyunda Bakıda rəqibini 1-0 hesabı ilə məğlub edən “Qarabağ” çətin Zaqatala səfərində sərfəli heç-heçəyə imza atıb – 0-0.
	Yarımfinalın digər cavab oyununda isə “Neftçi” iki oyunun nəticəsinə görə “İnter”i üstələyib. İlk oyunda rəqibini 2-0 hesabı ilə məğlub edən “Neftçi” cavab görüşündə 1-2 məğlub olmasına baxmayaraq, finala adlayıb.
	 
	Beləliklə, Azərbaycan Kubokunun finalında bütün çempionatlarımızda iştirak edən iki komanda “Qarabağ” və “Neftçi” üz-üzə gələcəklər. 
	 
	Məlumat üçün deyək ki, bu iki komanda Azərbaycan Kubokunun finalında indiyə qədər 1 dəfə qarşılaşıblar. 15.05.1996 tarixdə keçirilən oyun “Neftçi”nin 3-0 hesablı qələbəsi ilə yekunlaşıb. Vidadi Rzayevin bir dəfə fərqləndiyi oyunda Yunis Hüseynov dublla yadda qalıb. 
	 
                      
saytlarin hazirlanmasi