Yoahim Löv Almaniya millisinin heyətini açıqladı
AÇ-2016-nın seçmə mərhələsində Cəbəllütariqlə oyuna hazırlıq görən Almaniya millisinin ABŞ-la yoxlama matçı üçün genişləndirilmiş heyəti açıqlanıb.
Sportl.az xəbər verir ki, baş məşqçi Yoahim Löv sözügedən qarşılaşmalar üçün yığma komandaya Manuel Noyer, Tomas Müller və Toni Krossu cəlb etməyib.
Belə ki, təcrübəli mütəxəssis milli komandaya aşağıdakı futbolçuları dəvət edib:
Qapıçılar: Roman Vaydenfeller ("Borussiya" Dortmund), Ron-Robert Çiler ("Hannover")
Müdafiəçilər: Erik Durm, Mats Hummels (hər ikisi "Borussiya" Dortmund), Jerom Boatenq ("Bavariya"), Antonio Ryudiqer ("Ştutqart"), Yonas Hektor ("Köln"), Şkordan Mustafi ("Valensiya")
Yarımmüdafiəçilər: Patrik Herrmann, Kristof Kramer (hər ikisi "Borussiya" Münhenqladbax), İlkay Gündoğan ("Borussiya" Dortmund), Andre Şürrle ("Volfsburq"), Sebastyan Rudi ("Hoffenhaym"), Bastian Şvaynştayqer ("Bavariya"), Məsut Özil ("Arsenal"), Sami Xedira ("Real" Madrid)
Hücumçular: Maks Kruze ("Borussiya" Münhenqladbax), Mario Qötze ("Bavariya"), Lukaş Podolski ("İnter")
saytlarin hazirlanmasi