Güləşçimiz finalda macarıstanlı rəqibini üstələdi
"Bakı-2015" I Avropa Oyunlarında yunan-Roma güləşi üzrə yarışlara start verilib.
Sportal.az xəbər verir ki, 71 kq çəki dərəcəsində güləşçimiz Rəsul Çunayev də yarışa 1/8 finaldan start verib.
O, moldovalı Daniel Kataraqa qalib gələrək 1/4 finala yüksəlib. Güləşçimizin mövbəti mərhələdə rəqibi Xorvatiya güləşçisi Dominik Etlinger olub.
Təmsilçimiz qələbə seriyasını davam etdirərək, rəqibini 4:0 hesabı ilə məğlub edib. Çunayev yarımfinalda Svilen Kostadinovlana (Bolqarıstan) 10:0 hesabı ilə qalib gəlib. Çunayev finalda macarıstanlı Balint Korpasiyə 3:1 hesabı ilə qalib gələrək qızıl medal qazanıb.
saytlarin hazirlanmasi