"Ukrayna ilə oyuna ehtiyat qapıçıları gətirə bilmədim"

02:50 - 14 İyun 2015

Lüksemburqun baş məşqçisi problemlərlə üzləşib
 
Bu gün AÇ-2016-nın seçmə mərhələsində Lüksemburq millisi səfərdə Ukrayna yığmasıyla qarşılaşacaq.
 
Sportal.az xəbər verir ki, səfər ərəfəsində lüksemburqluların heyətində qapıçı problemi yaranıb.
 
Belə ki, ukraynalılarla qarşılaşmaya rəqib komanda 2 qapıçısını gətirə bilməyib. Lüksemburq millisinin baş məşqçisi Lük Holts buna belə münasibət bildirib:
 
“Hər dəfə səfərə çıxanda problemlə üzləşirik. Açığı, milliyə cəlb olunan həvskar futbolçulardılar. Onların bəziləri təhsil alır, digərləri isə işləyir. Ukrayna ilə oyun iki qapıçını gətirə bilmədim. Onların imtahanları olduğu üçün unversitetdən buraxmadılar. Belə hadisələrlə yalnız indi deyil, dəfələrlə qarşılaşırıq. Hətta təlim toplanış zamanı da futbolçuları buraxmırlar. Belə başa düşürəm ki, bu problemlər ancaq kiçik ölkələrdə baş verir. Mən də bir baş məşqçi kimi bunun əziyyətini çəkirəm”.

Xəbər xətti