UEFA ilin ən yaxşı 10 "seyv"ini açıqladı

02:53 - 28 İyul 2015

“Dnepr”in qolkiperi də ən yaxşılar arasında yer alıb
 
UEFA ilin ən yaxşı “seyv”ini edən qapıçılar arasında sorğu keçirir.
 
Sportal.az xəbər verir ki, Avropa futbol qurumu artıq il ərzində “çərçivə” qoruyucularının 10 ən yaxşı qurtarışlarını elan edib.
 
Ötən mövsüm Avropa Liqasının qrupunda “Qarabağ”a rəqib olmuş “Dnepr”in qolkiperi Denis Boyko da qurtarışları ilə ən yaxşılar arasında yer alıb. Möhtəşəm qurtarışlarıyla diqqət çəkən qapıçılar arasında ən yaxşı “seyv” edəni azarkeşlərin səsverməsiylıə seçiləcək.
 
 
1.Denis Boyko (“Dnepr”, “Sevilya” ilə oyunda)
2. Serxio Rikoza (“Sevilya”, “Dnepr”lə oyunda)
3. Kasper Şmeyxel (Danimarka millisi, serbiya yığmasıyla oyunda)
4. Mark-Andre Ştegen (“Barselona”, “Bavariya” ilə oyunda)
5. Manuel Noyer (“Bavariya”, “Roma” ilə oyunda)
6. Co Hart (“Mançester Siti”, “Barselona” ilə oyunda)
7. Canluici Buffon (“Yuventus”, “Barselona” ilə oyunda)
8. Yakob Busk (Almaniya gənclər yığması, Danimarka millisi ilə oyunda)
9. Tibo Kutua (“Çelsi”, PSJ ilə oyunda)
10. Oleq Kudirk (“Şaxtyor”, “Anderlext” ilə oyunda)
  

Xəbər xətti