Futbolçumuz üçün 32 dəqiqə
Almaniya ikinci Bundesliqasında 4-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Dmitri Nazarovun komandası - "Karlsrue" də növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda "Duysburq"la qarşılaşıb. Matç meydan sahiblərinin 2:0 hesablı qələbəsi ilə başa çatıb. Nazarov qarşılaşmanın 58-ci dəqiqəsində meydana çıxıb.
Qeyd edək ki, "Karlsrue" hazırda 6 xalla 7-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi