UEFA reytinqində
UEFA yeni reytinq siyahısını açıqlayıb.
Sportal.az xəbər verir ki, Avropa Liqasının pley-off mərhələsinin cavab oyunlarından sonra siyahıda dəyişikliklər baş verib. Dünən keçirilən oyunlardan sonra 6 ölkənin təmsilçisi mübarizəni dayandırıb və avrokuboklarda klubları olan ölkələrin sayı 28-ə düşüb.
“Qəbələ” və “Qarabağ” pley-offun cavab oyunlarında 0,375 xal da əldə edib.Bununla da, cari mövsüm əldə olunan xalımız 3,125-ə çatıb. Son 5 mövsümün nəticəsinə görə ölkəmizin əmsalı 13,625-ə çatıb. Bu isə Azərbaycan futbol tarixininin yeni rekordudu. Bu göstəricilərə əsasən 26-cı pillədəki mövqeyimizi qoruduq.
Qeyd edək ki, siyahıya aktivində 85,142 xal olan ispaniya başçılıq edir.
saytlarin hazirlanmasi