"Metallurq" "Şaxtyor"la bacarmadı
Ukrayna çempionatında 6-cı turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, millimizin müdafiəçisi Pavel Paşayevin komandası - "Metallurq" səfərdə "Şaxtyor"un qonağı olub. Matç futbolçumuzun komandasının 2:0 hesablı məğlubiyyəti ilə başa çatıb. Start heyətdə meydana çıxan Pavel 90 dəqiqə meydanda olub.
Qeyd edək ki, "Metallurq" geridə qalan 6 oyunda 2 xal qazanıb və 14 klub arasında 13-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi