8-ci turun matçı
Serbiya Super Liqasında VIII turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, millimizin sabiq üzvü Branimir Subaşiçin çıxış etdiyi "OFK Belqrad" səfərdə "Partizan"la qarşılaşıb. Matç meydan sahiblərinin 1:2 hesablı məğlubiyyəti ilə başa çatıb.
Qeyd edək ki, matçın start heyətində meydana çıxan futbolçu 74-cü dəqiqədə əvəzlənib.
saytlarin hazirlanmasi