İsrafilov matçı ehtiyat skamyasından izlədi
İspaniya La Liqasında ikinci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Eddi İsrafilovun komandası - "Eybar" da növbəti matçına çıxıb. Sözügedən klub doğma meydanda "Atletik"lə qarşılaşıb. Matç futboçumuzun komandasının inamlı qələbəsi ilə başa çatıb - 2:0. İsrafilov matçı sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Eybar" hazırda 6 xalla turnir cədvəlinin ikinci pilləsində qərarlaşıb.
saytlarin hazirlanmasi