Sportal.az xəbər verir ki, bu sözləri Xorvatiya millisinin üzvü Mateo Kovaçiç AÇ-2016-nın seçmə mərhələsində yığmamızla oyun öncəsi deyib.
Madrid “Real”ının yarımmüdafiəçisi həmyerlisi olan millimizin baş məşqçisi Robert Prosineçkini özləri üçün təhlükə hesab edib:
“Əvvəl Azərbaycan millisiylə qarşılaşmalıyıq. Bu oyunda bizim üçün ən böyük təhlükə rəqibimizin xorvatiyalı baş məşqçisi Robert Prosineçkidir.O, komandamızı yaxşı tanıyır və futbolçuların fərdi keyfiyyətlərinə bələddir. Ona görıə də Bakıda bizi çətin oyun gözləyir. Lakin qrupda birinci olmaq üçün qələbə qazanmağımız vacibdir”.