"Nəticədən heyrətlənmişəm"
"Biz qol vura bilmədik. Rəqib çox yaxşı komanda təsiri bağışladı. Bir qol vursaydıq, oyunda hər şey başqa cür olardı".
Sportal.az xəbər verir ki, bunu Azərbaycan millisi ilə 0:0 hesablı heç-heçə ilə nəticələnən AVRO-2016-nın seçmə qrup matçından sonra Xorvatiya yığmasının futbolçusu İvan Rakitiç deyib.
İspaniya "Barselona"sında çıxış edən yarımmüdafiəçi bildirib ki, mövcud şərtlər altında əllərindən gələni ortaya qoyublar. Rakitiç fransalı baş hakim Ruddi Bukenin idarəçiliyindən də narazılıq edib: "Qol imkanları yaratdıq. Amma dəyərləndirə bilmədik. Hakimlərdən narazıyıq. Fransalı referi kişi kimi mübarizəyə imkan vermədi. Hər xırda fola fit çalırdı. Nəticədən heyrətlənmişəm. Məncə, asanlıqla heç nə edə bilməyəcəyik. Yenidən Avropa çempionatının final mərhələsinə vəsiqə uğrunda açıq döyüşə girməli olacağıq".
Qeyd edək ki, İvan Rakitiç sonadək meydanda olub. O, 77-ci dəqiqədə kobud oyuna görə sarı vərəqə alıb. (Report)
saytlarin hazirlanmasi