AÇ-2016: Almaniya yığması Polşaya qalib gəldi VİDEO

01:36 - 5 Sentyabr 2015

Dünya çempionları revanş aldı
 
AÇ-2016-nın seçmə mərhələsində qruplarda növbəti turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, D qrupun lideri Almaniya yığması doğma meydanda Polşanı qəbul edib.
 
İlk 20 dəqiqədə Bundestim təmsilçisi rəqibin qapı torunu 2 dəfə silkələməyi bacarıb. Fasiləyə qədər qonaqlar hesab arasında fərqi azaltsa da, məğlubiyyətdən qaça bilməyib. İkinci hissədə daha bir qol vuran ev sahibləri 3:1 hesabı ilə qalib gələrək, polşalılardan revanş almağı bacarıb.
 
Qeyd edək ki, bu komandalar arasında keçirilən ilk qarşılaşmada Polşa  evdə dünya çempionlarına 2:0 hesabı qalib gəlmişdi.   
 
 
Almaniya – Polşa  3:1
Qollar:
Müller, 12, Qotze, 19, 82 – Levandovski, 37         

 

 

Xəbər xətti