Kamal Quliyev: "Səhvlərə qalsa, AZAL-la oyunun hakimi ölkədən qovulmalı idi"

00:50 - 29 Sentyabr 2015

"Heç bir hakim bir səhvlə adını yerə vurmaq istəməz"
 
Son günlər mətbuatda "Qarabağ" - "Neftçi" (1:1) matçının son dəqiqəsində baş hakim Fariz Yusifovun təyin etdiyi penalti müzakirə olunur. Hakimlər Komitəsinin sədri Xaqani Məmmədov bu epizodu hakim səhvi adlandırsa da, Fariz Yusifov açıqlamasında "100 belə epizod olsa da, penalti verərəm"  ifadəsini bildirib.
 
Bu haqda hazırda "Neftçala"nın baş məşqçisi olan Kamal Quliyev öz fikirlərini Sportal.az-a açıqlamasında bildirib:
 
"İlk olaraq I Divizonda baş tutan "Neftçala" - "Bakı" (2:0) oyununda Fariz Yusifovun təyin etdiyi penalti haqda danışmaq istəyərdim. Bu oyundan sonra "Bakı"nın icraçı direktoru Yaşar Seyidov və baş məşqçisi Novruz Əzimovun açıqlamalarını oxudum. Hamı həmin oyunda penalti olduğunu təsdiqlədi. Hər ikisi müsahiblərində hakim qərarını doğru olduğunu qeyd elədilər. O ki qaldı, turun mərkəzi turunda "Neftçi"nin qapısına təyin etdiyi penaltiyə, həmin qərar doğru idi. Hətta futbolçu olduğum müddətdə Fariz Yusifovun idarə etdiyi oyunlar həmişə düzgünlüklə yadda qalırdı. Fariz Yusifov kimi hakimləri həmişə nümunə göstərirəm.Fariz Yusifovun üzərinə düşürlər ki, həmin epizodda penalti yox idi.  Heç bir hakim istəməzdi ki, verdiyi qərarla özünü "yıxsın". Yusifov saçını futbolda ağartmış hakimlərdən biridir. Həqiqətən də "Neftçi"nin futbolçusu  cərimə meydançasının daxilində əllə rəqibin oyunçusuna toxunmuşdu. Əgər rəqibin futbolçusuna təmas varsa, futbolçu düzgün və vaxtında yıxılırsa, deməli penaltidir. Gərək, kiminsə ayağı qırıla, başı partlaya kimi penalti verilsin. "Neftçi" gərək həmin epizodun qarşısı almaq haqda fikirləşərdilər. Hakimin verdiyi qərarlar tam doğrudur. Bu epizodu o qədər şişirtmək lazım deyil. Bu nəticəni bir nəfərin üstünə atmaq olmaz. Hakim də səhv edə bilər, insandır, ola bilər hansısa epizodda futbolçu onun qarşısını kəssin aydın görməsin. Heç bir hakim adi bir səhvlə adını yerə vurmaq istəməz. Futbolçularıma həmişə deyirəm ki, cərimə meydançasında bir az ayıq olsunlar. Xırda bir təmas 11 metrlik cərimə zərbəsidir.
 
İnanıram ki, Yusifov olanlardan ruhdan düşməyəcək. Səhvlərə qalsa, keşən il "Neftçala" - AZAL (1:2) oyunun hakimini ( həmin oyunda hakim İnqilab Məmmədov olub) ölkədən qovulmalı idi. 

Xəbər xətti