AFFA-dan hakimi təhqir edən 2 Premyer Liqa klubunun məşqçisinə cəza

12:39 - 29 Sentyabr 2015

Komitənin qərarları

 

İntizam Komitəsinin bu gün növbəti iclası keçirilib.

 

Sportal.az xəbər verir ki, keçirilən iclasda aşağıdakı qərarlar qəbul olunub:

 

 

Premyer Liqanın VI turunun “İnter”  – “Kəpəz” matçında “Kəpəz” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

Oyunun 86-cı dəqiqəsində “İnter” klubunun 23 №-li futbolçusu Dhiego Martins ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Oyun başa çatdıqdan sonra “Kəpəz” klubunun məşqçisi Xaliq Mərdanov  hakimi təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur.

 

Premyer Liqanın VI turunun “Qarabağ” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

Oyunun 62-ci və 89-cu dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunur.

Oyunun 90+3-cü dəqiqəsində “Qarabağ” klubunun azarkeşləri tərəfindən  pirotexniki vasitələrdən istifadə edildiyi üçün klub 1000 manat cərimə olunur.

 

Premyer Liqanın VI turunun “Sumqayıt” – AZAL matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunur.

Oyunun 62-ci dəqiqəsində “Sumqayıt” klubunun 14 №-li futbolçusu Bəxtiyar Həsənalızadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun məşqçisi Mübariz Orucov hakimlər briqadasını təhqir etdiyinə görə 5 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunur.

 

Əvəzedici heyətlərin VI turunun “İnter”  – “Kəpəz” matçında “İnter” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 500 manat cərimə olunur.

 

Əvəzedici heyətlərin VI turunun “Qarabağ” – “Neftçi” matçının 73-cü dəqiqəsində “Qarabağ” klubunun 28 №-li futbolçusu Kamran Həsənzadə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 100 manat cərimə olunur

Xəbər xətti