Erat sarı vərəqə ilə yadda qaldı
Almaniya Qərb Regional Liqasında 14-cü turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının yarımmüdafiəçisi Toğrul Eratın komandası - "Fortuna"nın 23 yaşlıları da növbəti matçına çıxıb. Düsseldorf təmsilçisinin ikinci komandası doğma meydanda "Sportfreunde Lotte"yə 3:1 hesabı ilə məğlub olub. Start heyətdə meydana çıxan Erat sonadək mübarizə aparıb və sarı vərəqə ilə yadda qalıb.
Qeyd edək ki, Toğrulun komandası hazırda 16 xalla 19 klub arasında 14-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi