11-ci pillədə qərarlaşıb
Serbiya Super Liqasında 15-ci turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, Azərbaycan milli komandasının sabiq üzvü Branimir Subaşiçin şərəfini qoruduğu "OFK Belqrad" komandası növbəti matçına çıxıb.
Paytaxt təmsilçisi doğma meydanda "Metalak"la qarşılaşıb. Matç Subaşiçin komandasının 1:0 hesablı qələbəsi ilə başa çatıb. Start heyətdə meydana çıxmış sabiq forvardımız sonadək mübarizə aparıb.
Qeyd edək ki, "OFK Belqrad" klubu 15 xalla 16 klub arasında 11-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi