9-cu tur
Türkiyə PTT 1-ci Liqasında 9-cu turun görüşləri keçirilir.
Sportal.az xəbər verir ki, millimizin qolkiperi Kamran Ağayevin şərəfini qoruduğu "Karşıyaka" klubu bu günnövbəti matçını keçirib. Futbolçumuzun komandası "Elazığspor"u qəbul edib. "Karşıyaka" klubu Necati Ateşin və Gökhan Ünalın qolları 2:0 hesablı qalib gəlib. 90 dəqiqə ərzində qapısını toxunulmaz saxlayan Kamran Ağayev komandasının qələbəsində böyük pay sahibi olub.
Qeyd edək ki, "Karşıyaka" bu qələbə ilə 9-cu xalını qazanıb və turnir cədvəlinin 14-cü pilləsinə yüksəlib.
saytlarin hazirlanmasi