Norveç çempionu məlum oldu

12:34 - 26 Oktyabr 2015

"Rusenborq" çempion oldu

 

Futbol üzrə Norveç çempionatının yeni qalibi müəyyənləşib.

 

Sportal.az xəbər verir ki, "Rusenborq" 5 illik fasilədən sonra yenidən ölkə çempionu olub.

 

Çempionatın 28-ci turunda səfərdə "Stromsqodset"in qonağı olan "Rusenborq" rəqibi ilə 3:3 hesabllı heç-heçəyə razılaşıb. Bu nəticə qonaqların sona iki tur qalmış çempionluğu rəsmiləşdirməsinə kifayət edib.

 

Qeyd edək ki, bu, "Rusenborq"un tarixində 23-cü çempionluğu olub.

Xəbər xətti