ÇAD millisini çalışdıracaq
Məşhur kamerunlu müdafiəçi Riqober Sonq məşqçilik karyerasına başlayıb.
Sportal.az “L’equipe”ə istinadən xəbər verir ki, əfsanəvi futbolçu məşqçilik karyerasına başlayıb. Kamerunlu futbolçu ÇAD millisinə baş məşqçi təyin olunub.
Qeyd edək ki, Riqober Sonq karyerasında “Mets”, “Salenritana”, “Liverpul”, “Uest-Hem”, “Köln”, “Lans”, “Qalatasaray” və “Trabzonspor” klublarında çıxış edib. Kamerun millisində 137 oyun keçirən müdafiəçi 4 qol vurmağı da bacarıb.
saytlarin hazirlanmasi