"Milliyə dəvət etsələr, qaça-qaça gedərəm"

20:13 - 26 Oktyabr 2015

“Dunqanın yerini tutmaq istəmirəm”

 

Braziliya millisinin sabiq futbolçusu və hazırda Hindistan Super Liqasında “Delhi Dynamos” klubunda baş məşqçi kimi çalışan Roberto Karlos maraqlı açıqlamalar verib.

 

Sportal.az xəbər verir ki, gənc mütəxəssis Braziliya millisini çalışdırmaq istədiyini bildirib:

 

“Braziliya milli komandasını çalışdırmaq istərdim. Bu vəzifəyə özümü tam hazır görürəm. Dunqanın yerini tutmaq fikrim yoxdur. Ancaq məni milli komandaya dəvət etsələr, qaça-qaça gedərəm”.

 

Qeyd edək ki, Roberto Karlos 1992-2006-cı illər ərzində Braziliya millisinin şərəfini qoruyub.

Xəbər xətti