7 namizəd qaldı
FİFA prezidentliyinə 7 namizəd qalıb.
Sportal.az xəbər verir ki, Braziliya futbolunun əfsanəsi Ziko öz namizədliyini geri götürüb.
Qeyd edək ki, namizədlər arasında UEFA prezidenti Mişel Platini, baş katibi Canni İnfantino, İordaniya şahzadəsi Əli-Bin Əl-Hüseyin, Trinidad və Tobaqo yığmasının sabiq kapitanı David Nakhid, sabiq FİFA baş katib köməkçisi Jerom Kampanye, Cənubi Afrikanın məşhur iş adamı Tokyo Sexvale və Asiya Futbol Konfederasiyasının prezidenti Şeyx Salman bin İbrahim Əl-Xəlifə var.
saytlarin hazirlanmasi