Müqaviləni uzatmaq istəyir
Hollandiya Erediviziyasında mübarizə aparan "Feyenord" klubu komandanın hücumçusu Dirk Kuytla müqaviləni uzatmaq istəyir.
Sportal.az xəbər verir ki, "Feyenord" 35 yaşlı hücumçunu komandada saxlamaq fikrindədir. Bu ilin yayında "Fənərbağça"dan ayrılaraq komandaya azad agent kimi qoşulan Kuytun müqaviləsi mövsümün sonunda başa çatır. Təcrübəli hücumçu özü də müqaviləni uzatmaq istəyir.
Qeyd edək ki, Dirk Kuyt "Feyenord"un heyətində 11 matçda 12 qol vurmağı bacarıb.
saytlarin hazirlanmasi