Millimizin sabiq üzvü darmadağınla üzləşdi

15:30 - 1 Noyabr 2015

"Srvena Zvezda"ya məğlub oldu

 

Serbiya Super Liqasında 16-cı turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Branimir Subaşiçin də şərəfini qoruduğu "OFK Belqrad"  növbəti matçına çıxıb.

 

Paytaxt təmsilçisi səfərdə "Srvena Zvezda" ilə qarşılaşıb. Matç Subaşiçin komandasının 1:4 hesablı məğlubiyyəti ilə başa çatıb. Əsas heyətin üzvlərindən olan Branimirin adı bu matçın iştirak ərizəsinə daxil edilməyib.

 

Qeyd edək ki, "OFK Belqrad" hazırda 15 xalla 16 klub arasında 12-ci pillədə qərarlaşıb.

Xəbər xətti