Dadaşov oynadı, komandası heç-heçə etdi

02:35 - 2 Noyabr 2015

Millimizin sabiq üzvü 90 dəqiqə meydanda olub
 
Almaniyanın Şimal-Şərq Regional Liqasında 13-cü turun oyunları keçirilib.
 
Sportal.az xəbər verir ki, Azərbaycan yığmasının sabiq hücumçusu Rüfət Dadaşovun komandası - "Germaniya Halberştadt" klubu səfərdə "Oberlausits Noyqersdorf" ilə qarşılaşıb. Matç 2:2 hesablı heç-heçə ilə başa çatıb. Start heyətdə meydana çıxan Rüfət 90 dəqiqə mübarizə aparıb.
 
Qeyd edək ki, Dadaşovun komandası 5 xalla 18 klub arasında sonuncu pillədə qərarlaşıb.

Xəbər xətti