Maaşlar verilmir
Millimizin qapıçısı Kamran Ağayev şərəfini qoruduğu "Karşıyaka"dan ayrıla bilər.
Sportal.az xəbər verir ki, buna səbəb İzmir klubundayaşananmaliyyə böhranıdı. 3 aydır ki, komandanın üzvləri maaşlarını ala bilmirlər.
Bu səbəbədən heyətdəki əcnəbilər komandanı tərk edəcəklər. Bu futbolçuların Kamran Ağayev, İqor Duriç , Aleksandr Amisulaşvili, Seniyad İbriçiç və Djibi Fall olduğu deyilir.
Türkiyə mətbuatının yazdığına görə əgər maaşlar dekabrın 1-dək ödənilməsə bu futbolçular komandanı tərk edəcəklər.
saytlarin hazirlanmasi