Bir müddətdi zədə səbəbindən komandasına kömək edə bilməyən Filipe Koutinyonun yaşıl meydanlara qayıdacağı tarix müəyyənləşib.
Sportal.az xəbər verir ki, "Liverpul"un braziliyalı futbolçusu artıq məşqlərə başlayıb. 22 yaşlı yarımmüdafiəçi yanvarın 15-də Premyer Liqanın 21-ci turu çərçəvəsində baş tutacaq "Mançester Yunayted"lə matçda meydana çıxa biləcək.
Qeyd edək ki, Braziliya millisinin üzvü İngiltərə Premyer Liqasının XIII turunda "Sanderlend”lə qarşılaşmada (2:0) zədələnmişdi.
saytlarin hazirlanmasi