Futbol üzrə Xorvatiya ikinci liqasında mövsümün sonuncu - 22-ci turunun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Elnur Cəfərovun çıxış etdiyi "Duqopolye" səfərdə "İmotski" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 1 - 2 hesablı məğlubiyyətlə ayrılıb.
Elnur bu matçın 60-cı dəqiqəsində meydana çıxıb, 79-cu dəqiqədə isə sarı vərəqə ilə cəzalanıb.
Qeyd edək ki, "Duqopolye" mövsümü 22 oyuna topladığı 31 xalla 12 klub arasında 7-ci pillədə tamamlayıb.
saytlarin hazirlanmasi