21 yaşlılardan ibarət milli komandamızın üzvü Ozan Can Kökçü karyerasını Türkiyədə davam etdirə bilər.
Sportal.az xəbər verir ki, gənc futbolçunun xidmətində "Fənərbaxça" maraqlıdı. Türkiyə mətbuatının yazdığına görə İstanbul nəhəngi 18 yaşlı yarımmüdafiəçini yayda heyətinə qatmaq istəyir. Mövsümün sonunda "Feyenoord"la müqaviləsi başa çatacaq Ozan Canın "sarı lacivərtlilər"lə sözləşmə imzalayacağı iddia olunur.
Qeyd edək ki, Kökçü ilə İngiltərənin "Tottenhem" və "Everton" klublarının da maraqlandığı iddia edilir.
saytlarin hazirlanmasi