“Bu, inanılmaz anlar idi. Qol vurduğum an sadəcə möhtəşəm idi. Oyundan sonra mobil telefonum təbriklərdən az qala partlayırdı”.
Sportal.az xəbər verir ki, bu sözlər millimizin və Almaniyanın “Aue” klubunun üzvü Dmitri Nazarova məxsusdur. 26 yaşlı futbolçu Azərbaycan - Almaniya ilə oyunu (1:4) haqda fikirlərini bildirib.
“Dünya çümpionlarına və yaşadığın ölkənin qapısına qol vurmaq əla hissdi. Çox yaxşı oynadıq, amma rəqib səhvlərimizi bağışlamadı. Səhvlər olmasaydı, fasiləyə bərabərliklə yollana bilərdik. Azərbaycan millisi doğru yoldadır. Qazanmaq üçün hər şeyə sahibik. Robert Prosineçki hücum futbolunu sevir. Dünya çempionları ilə oyunda topu özümüzdə saxlayardıq və nəzarət edirdik.Belə oyunlardan çox şey öyrənirsən.
“Almaniyaya qol vurmaq o demək deyil ki, Çempionlar Liqasında mübarizə aparan klubda oynamalıyam. Hazırda “Aue” haqda düşünürəm".
saytlarin hazirlanmasi