"Böyük komandaya keçmişəm. Ümid edirəm ki, uzu illər "Bursaspor"da çıxış edəcəm".
Sportal.az xəbər verir ki, bu sözlər 21 yaşlılardan ibarət millimizin üzvü Ozan Can Kökçüyə məxsusdur.
Gənc futbolçu bu gün Türkiyənin "Bursaspor" klubu ilə 4 illik müqavilə imzalayıb.
İmza mərasimindən sonra açıqlama verən yarımmüdafiəçi fikirlərini bildirib: "Uşaqlıqdan "Bursaspor"un oyunlarını izləyirəm. 2010-cu ildəki çempionluğu da yaxşı xatırlayıram. Uşaq vaxtı çıxış etdiyim “Qroningen”in çalışdırıcısı daha əvvəl Türkiyədə oynadığı üçün ondan türk futbolu haqqında soruşmuşdum. O isə mənə öz üzərində çox işləsən, yaxşı yerlərə gələ bilərsən demişdi. Mən də “Bursaspor”u seçdim. Ən sevdiyim oyunçu Pablo Batalya idi. Onunla birlikdə oynamaq çox xoş olacaq”.
Qeyd edək ki, Kökçü buna qədər "Feyenoord"da çıxış edirdi.
saytlarin hazirlanmasi