Futbol üzrə Ukrayna Premyer Liqasında 29-cu turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Dmitri Nağıyevin şərəfini qoruduğu "Dnepr" doğma meydanda liqada qalmaq uğrundakı əsas rəqibi "Karpatı" ilə qarşılaşıb. Futbolçumuzun komandası bu oyundan 2 - 3 hesablı məğlubiyyətlə ayrılıb.
Nağıyev bu görüşü sonadək ehtiyat oyunçular skamyasından izləyib.
Qeyd edək ki, "Dnepr" hazırda elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq komandaları arasında 19 xalla 5-ci pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi