U-21 millimizin və "Sportinq"in futbolçusu Budaq Nəsirov Portuqaliyada maraqlı hadisəyə səbəb olub.
Sportal.az xəbər verir ki, gənc oyunçu “Sportinq B” – “Akademika” görüşündə (1:2) rəqibə penalti qazandırıb. Ancaq Budaq bu penaltini meydanda olmaya-olmaya rəqibə qazandırıb. Yarımmüdafiəçi “Akademiya”nın hücumu zamanı meydanı tərk edən topa toxunub və hakim “Sportinq B”nin qapısına penalti təyin edib. Budaq Nəsirova isə sarı vərəqə göstərilib.
Həmin epizodu təqdim edirik:
saytlarin hazirlanmasi