Latviya birinci liqasında 7-ci turun oyunları keçirilib.
Sportal.az xəbər verir ki, azərbaycanlı futbolçu Vüqar Əsgərovun komandası - "Olayne" səfərdə "Dauqavpils"lə qarşılaşıb və bu oyundan qələbə ilə ayrılıb - 2:1.
Start heyətdə meydana çıxan Vüqar 90+1-ci dəqiqədə əvəzlənib. Komandasının ilk qolunu da 71-ci dəqiqədə məhz həmyerlimiz vurub. Bu, onun cari mövsümdə vurduğu 4-cü qoldu.
Qeyd edək ki, "Olayne" 7 turdan sonra 13 xalla 14 komanda arasında 3-cü pillədə qərarlaşıb.
saytlarin hazirlanmasi