İspaniya Sequndasında 40-cı turun oyunları keçirilir.
Sportal.az xəbər verir ki, milli komandamızın üzvü Eddi İsrafilovun komandası “Kadiz” “Sevilya Atletiko”nun qonağı olub. 6 qolun vurulduğu qarşılaşmada qalib müəyyənləşməyib - 3:3.
Eddinin adı bu oyunda iştirak ərizəsinə daxil edilməyib.
Qeyd edək ki, 40 oyundan sonra 61 xal toplayan “Kadiz” turnir cədvəlinin 4-cü pilləsində qərarlaşıb.