"Dnepr" aşağı liqaya düşdü

12:12 - 28 May 2017

Ukrayna Premyer Liqasında 31-ci turun oyunları keçirilib.

 

Sportal.az xəbər verir ki, U-21 millimizin futbolçusu Dmitri Nağıyevin çıxış etdiyi "Dnepr" səfərdə "Vorskla" ilə qarşılaşıb və bu oyundan məğlubiyyətlə ayrılıb - 0:1.

 

Start heyətdə meydana çıxan Nağıyev 81-ci dəqiqədə əvəzlənib.

 

"Dnepr" hazırda elitada qalmaq uğrunda mübarizə aparan ikinci altılıq komandaları arasında 22 xalla 5-ci pillədə qərarlaşıb. Bu komandadan öndə qərarlaşan "Karpatı" isə mövsümün başa çatmasına 1 tur qalmış xallarının sayını 27-ə çatdıraraq, "Dnepr" üçün əlçatmaz olub. Bu isə futbolçumuzun klubunun elita ilə rəsmən vidalaşması deməkdi. 

Xəbər xətti