Türkiyə millisinin üzvündən uğursuz start: 6 həftəlik sıradan çıxdı

01:19 - 31 İyul 2017

“Qalatasaray”dan ayrılaraq “Sparta”ya keçən Semih Kayanın Çexiya I Liqasındakı debütü uğursuz alınıb.

 

Sportal.az xəbər verir ki, çempionatının ilk turunda “Bohemians”la matça (1:1) start heyətində başlayan müdafiəçi 45 dəqiqədə zədələnərək meydanı tərk etmək məcburiyyətində qalıb. Türkiyə millisinin üzvünün ayaq barmağı qırılıb. Semih bu zədə ücbatından 6 həftə yaşıl meydanlardan uzaq qalacaq.


Qeyd edək ki, 26 yaşlı müdafiəçi İstanbul klubundan 2 milyon avroya "Sparta"ya transfer olmuşdu.

Xəbər xətti