"Qəbələ"nin və milli komandamızın futbolçusu Araz Abdullayev karyerasını Kiprdə davam etdirəcək.
Sportal.az xəbər verir ki, 25 yaşlı yarımmüdafiəçi "Anartosis" klubuna keçib. Abdullayev Famaqusta təmsilçisi ilə 1 illik müqavilə imzalayıb.
Araz Abdullayev 2008-2011 və 2012-2016-cı illərdə "Neftçi"nin formasını geyinib. 2011-12-ci illərdə müqavilə ilə İngiltərə “Everton”una məxsus olan yarımmüdafiəçi icarə əsasında 2012-ci ilin ilk yarısındə Yunanıstanın “Panionios” klubunda legioner həyatı yaşayıb. Araz 2017-ci ilin qış transfer pəncərəsində "Qəbələ" ilə müqavilə imzalamışdı.
Azərbaycanın U-17, U-19 və U-21 yığmalarında oynamış Abdullayev ölkəmizin əsas millisində 2008-ci ildə debüt edib.