Növbəti mövsüm Azərbaycan Premyer Liqasında debüt edəcək “Səbail” heyətinə yeni oyunçu cəlb edib.
Sportal.az xəbər verir ki, bu Kamran Əliyevdi. Ötən mövsüm “Qarabağ”ın əvəzəedici komandasında çıxış edən sağ cinah müdafiəçisi bundan sonra paytaxt klubunun şərəfini qoruyacaq.
Qeyd edək ki, 19 yaşlı futbolçunun atası Səttar Əliyev “Səbail”in məşqçilər heyətində yer alıb. O, baş məşqçi Samir Əliyevin köməkçisidi.
saytlarin hazirlanmasi