Ramin Musayev: "Cavabım qalmaqala səbəb olar"

02:03 - 12 Avqust 2017

"Oyundan razı qaldımmı? Mən bu suala cavab versəm, qalmaqala səbəb olar".

 

Sportal.az xəbər verir ki, bunu Peşəkar Futbol Liqasının prezidenti Ramin Musayev Azərbaycan Premyer Liqasının ilk turu çərçivəsində keçirilən "Neftçi" - "Qarabağ" görüşünü şərh edərkən deyib. Musayev sözlərinə bunları əlavə edib:

 

"Bu gün "Neftçi"nin məğlubiyyəti azarkeşlərin ürəyincə olmadı. Lakin bir şey var ki, "Qarabağ" oturuşmuş komandadı. "Neftçi" yeni oyunçular götürüb. Bu komandaya 4-5 turdan sonra qiymət verə bilərik. Əsas odu ki, yeni yerli oyunçular cəlb ediləndən sonra "Neftçi" daha yaxşı oynamağa başlayıb".

 

Qeyd edək ki, oyun "Qarabağ"ın 3:1 hesablı qələbəsi ilə yekunlaşıb.

Xəbər xətti