Azərbaycan Premyer Liqasının debütantı "Səbail" daha bir legioner transfer edib.
Sportal.az xəbər verir ki, paytaxt təmsilçisi gürcü müdafiəçi Tamazi Tsetsxladze ilə müqavilə imzalayıb. 21 yaşlı futbolçunun adı Peşəkar Futbol Liqasına növbəti mövsüm üçün iştirak ərizəsinə də daxil edilib. Tamazi "Səbail"də "18 nömrə"li forma altında çıxış edəcək.
Xatırladaq ki, debütant bundan öncə Portuqaliyanın "Jil Visente" klubundan qvineya-bisaulu 20 yaşlı müdafiəçi Jarjue Maudo Lamineni heyətinə cəlb edib.
saytlarin hazirlanmasi