Rauf Əliyev: "Kukesi"yə gəlməzdən əvvəl Aqolli ilə məsləhətləşdim"

17:58 - 14 Avqust 2017

"Bu, mənim Azərbaycandan kənarda ilk təcrübəm olacaq. Düzgün seçim etdiyimi düşünürəm".

 

Sportal.az xəbər verir ki, bu sözləri Albaniyanın "Kukesi" klubuna transfer olan Rauf Əliyev səsləndirib. Millimizin üzvü yeni klubuna transfer olması ilə bağlı açıqlama verib. 

 

Təcrübəli forvard Azərbaycan və Albaniya futbolunu müqayisı edib: "Milli səviyyəsində Albaniya bizdən güclüdü. Klub səviyyəsində isə, Azərbaycan daha üstündü".

 

Rauf Əliyev "Kukesi"yə tranferindən əvvəl "Qarabağ"ın albaniyalı müdafiəçisi Ansi Aqolli ilə məsləhətləşdiyini bildirib: "Buraya gəlməzdən öndə Aqolli ilə məsləhətləşdim. Onunla danışdıqdan sonra yaranan təəssüratlar qərarımda rol oynadı. “Kukesi” ilə böyük uğurlar qazanmaq istəyirəm. Hədəfim komandamla birgə avrokuboklara vəsiqə qazanmaqdır”.

Xəbər xətti