"Qarabağ" "Kopenhagen"i məğlub etdi YENİLƏNİB

21:56 - 15 Avqust 2017

Bu gün UEFA Çempionlar Liqasının pley-off mərhələsinə start veriləcək. 

 

Sportal.az xəbər verir ki, Azərbaycan futbolu tarixində ilk dəfə bu mərhələyə yüksələn “Qarabağ” öz meydanında “Kopenhagen”ini sınağa çəkəcək. 

 

Daha bir tarixi uğura imza atıb ÇL-in qrupuna yüksəlməyi planlaşdıran Ağdam klubu Danimarka çempionu ilə ev oyununda sərfəli nəticə qazanmağa çalışacaq. 

 

Qeyd edək ki, bu komandalar arasında cavab oyunu avqustun 23-də Kopenhagendə keçiriləcək. 


15 avqust

UEFA Çempionlar Liqası

Pley-off, ilk oyun

 

20:00 "Qarabağ" - "Kopenhagen" - 1:0

Qol: Mahir Mədətov, 25
Baş hakim: Paolo Talyavento
Yan xətt hakimləri: Rikardo Cialattini, Alessandro Kostanzo
Köməkçi hakimlər: Massimilyano İrrarti, Antonio Damato
Dördüncü hakim: Filippo Meli (hamısı İtaliya)
Hakim-inspektor: Frits Stuxlik (Avstriya)
UEFA nümayəndəsi: Andrey Medintsev (Bolqarıstan)
Bakı.Tofiq Bəhramov adına Respublika Stadionu

Xəbər xətti