“Qəbələ”dən ayrılaraq İngiltərənin 1-ci Liqasında (səviyyəcə 3-cü) mübarizə aparan “Oksford Yunayted” klubuna transfer olan və yeni komandasında debüt edən Rikardinyo açıqlama verib.
Sportal.az “Portsmut”la matçda ilk dəfə “sarı”ların formasnı geyən braziliyalı müdafiəçinin komandası rəqibini 3:0 hesabı ilə məğlub edib. 32 yaşlı futbolçu açıqlamasında çıxış etdiyi liqa ilə Azərbaycan və İsveç çempionatlarını müqayisə edib:
“Buradakı keyfiyyət Azərbaycan, hətta İsveç çempionatından da yüksəkdir. Fərqli ölkələrdən oyunçularımız var. Buranı daha yaxşı adlandıra bilərəm. Heyətdə istedadlı ingilis oyunçular da var. Bu, bizim səviyyəmizi daha da yaxşılaşdırır”.
“Oksford Yunayted” – “Portsmut” matçını (3:0) 9500 azarkeş izləyib. Rikardinyo Azərbaycanda belə dəstəyə həsrət qaldığını bildirib:
“Azərbayanda çıxış edərkən belə dəstəklə rastlaşmırdım. Bu cür azarkeş dəstəyinə həsrət idim. Çünki kiçik bir şəhəri təmsil edirdik və azarkeşlərimiz az idi. Azarkeşlər bizi ən çox Avropa Liqasındakı oyunlarda dəstəkləyirdilər. Çünki bu turnirdən zövq alırdılar. Başqa matçlarda isə belə deyildi. “Qəbələ”nin böyük fanat ordusu yoxdu”.
Qeyd edək ki, Rikardo Ferreyra da Silva 2015-ci ildə İsveçin "Malmö" klubundan "Qəbələ"yə keçmişdi. Sol cinah müdafiəçisi son mövsümdə 25 oyunda 2 qol vurub.
saytlarin hazirlanmasi