FİFA 2017-ci ilin ən yaxşı futbolçusu adına namizədlərin siyahısını açıqlayıb.
Sportal.az saytının məlumatına görə, baş məşqçilər, kapitanlar, jurnalistlər və azarkeşlər arasında sorğu ilə ilin ən yaxşısını müəyyənləşdirəcək qurum 24 iddiaçını müəyyənləşdirib.
Ən yaxşı futbolçu adına Leonardo Bonuççi ("Yuventus", "Milan"), Canluici Buffon ("Yuventus"), Dani Karvahal ("Real"), Kriştiano Ronaldo ("Real"), Paulo Dibala ("Yuventus"), Antuan Qrizmann ("Atletiko"), Eden Azar ("Çelsi"), Zlatan İbrahimoviç ("Mançester Yunayted", klubsuz), Andres İniesta ("Barselona"), Harri Keyn ("Tottenhem"), Toni Kroos ("Real"), Robert Levandvski ("Bavariya"), Marselo ("Real"), Lionel Messi ("Barselona"), Luka Modriç ("Real"), Keylor Navas ("Real"), Manuel Noyer ("Bavariya"), Neymar ("Barselona", PSJ), Serxio Ramos ("Real"), Aleksis Sançes ("Arsenal"), Luis Suares ("Barselona"), Arturo Vidal ("Bavariya"), Pyer-Emerik Obameyanq ("Borussiya"), Nqolo Kante ("Çelsi").