İngiltərə millisinin sabiq baş məşqçisi Stiv Maklarenin yeni klubu bəlli olub.
Sportal.az xəbər verir ki, 56 yaşlı mütəxəssis İsrailin “Makkabi” (Təl-Əviv) klubunda çalışacaq. Maklaren baş məşqçi Yordi Kroyfun köməkçisi təyin edilib.
Qeyd edək ki, ingiltərəli mütəxəssis daha əvvəl “Tvente”, “Nottingem Forest”, “Volfsburq”, “Midlsbro”, “Nyukasl” kimi klublarda çalışıb.
saytlarin hazirlanmasi