Milli komandamızın üzvü Emin Mahmudov klubsuz qalıb.
Sportal.az xəbər verir ki, yarımmüdfiəçi Portuqaliyanın "Boavişta" klubu ilə yollarını ayırıb.
Tərəflər qarşılıqlı razılıq əsasında müqaviləyə xitam veriblər. Bu üzdən də Emin azad agent statusu əldə edib. Lakin onun karyerasını harada davam etdirəcəyi bilinmir.
Klubdan ayrılması barədə məlumatı futbolçu özü şəxsi "instagram" hesabında verib. O, hansı kluba üz tutacağının müəyyənləşmədiyini bildirib.
Qeyd edək ki, Emin Portuqaliya klubunda 2016-cı ildən çıxış edirdi.
saytlarin hazirlanmasi