"Qarabağ" "Qəbələ"ni, "Zirə" "Sumqayıt"ı məğlub etdi YENİLƏNİB

22:22 - 26 Avqust 2017

Bu gün keçiriləcək 2 qarşılaşma ilə Azərbaycan Premyer Liqasında 3-cü tura yekun vurulacaq.

 

Sportal.az xəbər verir ki, turun ilk matçı Zirədə baş tutacaq. 2 həftədən sonra 6 xalla turnir cədvəlinin lideri olan "Zirə" 3 xala malik olan "Sumqayıt"ı sınağa çəkəcək. Zirə Olimpiya İdman Kompleksinin stadionunda oynanılacaq qarşılaşmanın start fiti saat 18:30-da səslənəcək.

 

Tura çempionluğa əsas namizədlərin dueli ilə yekun vurulacaq. Belə ki, son çempion "Qarabağ" öz meydanında "Qəbələ"ni qəbul edəcək. 2 turdan sonra maksimum nəticə göstərən əyalət təmsilçilərinin görüşü "Azersun Arena"da baş tutacaq və saat 20:30-da start götürəcək.

 

26 avqust

Azərbaycan Premyer Liqası, 3-ci tur

 

18:00. “Zirə” - “Sumqayıt” 3 - 1

Qollar: Riçard Qadze, 52, Vüsal İsgəndərli, 61, 78 - Jozef Bum (avtoqol), 88

Hakimlər: Ömər Paşayev, Namiq Hüseynov, Cavanşir Yusifov, Rəvan Həmzəzadə
Zirə İdman Kompleksinin stadionu

 

20:30. “Qarabağ” - “Qəbələ” 2 - 1

Qollar: Mahir Mədətov, 61, Miçel, 72 - Stiven Monroz, 69
Hakimlər: Fariz Yusifov, Yaşar Abbasov, Vaqif Musayev, Rauf Cabbarov
“Azersun Arena”

Xəbər xətti