Azərbaycan millisinin və “Qarabağ”ın kapitanı Rəşad Sadıqov Çempionlar Liqasının tarixinə düşəcək.
Sportal.az xəbər verir ki, təcrübəli müdafiəçi eyni mövsümdə Çempionlar Liqasında həm baş məşqçi, həm də futbolçu kimi iştirak edəcək.
Sadıqov “Qarabağ”ın kapitanı olmaqla yanaşı, həm də Ağdam təmsilçisinin U-19 komandasının baş məşqçisidir. Ötən il Rəşad Sadıqovun rəhbərliyi altında Azərbaycan çempionu olan “Qarabağ”ın U-19 komandası da Çempionlar Liqasında mübarizə aparacaq. Sadıqovun rəhbərlik etdiyi komanda “Çelsi”, “Roma” və “Atletiko” klublarının U-19 komandaları ilə münasibətlərini ayırd edəcək.
Bununla da Rəşad Sadıqov Çempionlar Liqasının eyni mövsümündə həm məşqçi, həm də futbolçu kimi iştirak edəcək şəxs kimi tarixə düşəcək.
saytlarin hazirlanmasi